send link to app

SurdoTV


4.6 ( 416 ratings )
엔터테인먼트
개발자: Aygun Jafarova
비어 있는

www.surdotv.az video portalı eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin informasiya əldə etmək hüquqlarının təmin olunmasında bərabər imkanların yaradılması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslər üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” adlı sosial sifarişinin icrası olaraq “Uşaq və Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən yaradılmışdır.

Müxtəlif maraqlı veriliş və proqramların, milli və xarici kinoların, məlumatlandırıcı və əyləncəli video materialların surdo-tərcümə olunaraq www.surdotv.az video portalına yerləşdirilməsi nəticə etibarı ilə eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud şəxslərin internet üzərindən video məlumat almasına imkan yaradacaq, eyni zamanda televiziya kanallarında verilən proqramların surdo-tərcümə edilərək SURDO TV internet kanalında yerləşdirilməsi həmin kateqoriyalı şəxslərin daha dolğun informasiyalar əldə edərək cəmiyyətə inteqrasiya olunmalarına zəmin yaradacaqdır.